Hikmət Babaoğlu: “Zəngəzur dəhlizinin bağlı qalması bəzi ölkələrin manipulyasiya aləti idi”

media-hightechnic-468x90

“Zəngəzur dəhlizinin bağlı qalması regionda sülh istəməyən bəzi ölkələrin əlində siyasi manipulyasiya alətinə çevrilmişdi”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

media-hikmetbabaoglu1

Millət vəkili bu gecə Vaşinqtonda baş tutan Azərbaycan, Ermənistan və ABŞ liderlərinin üçtərəfli görüşü, habelə Zəngəzur dəhlizin açılması istiqamətində əldə olunan razılaşma barəsində fikirlərini bölüşüb.

Onun sözlərinə görə, hər kəs anlayırdı ki, Azərbaycan mütləq şəkildə ölkənin əsas hissəsindən Naxçıvana maneəsiz keçid əldə etməkdə israrlıdır:

“Təəssüf ki, bəzi qüvvələr bu tələbi qlobal media və siyasi platformalarda Azərbaycana qarşı “işğalçılıq siyasəti” kimi təqdim etməyə çalışırdılar. Beləliklə, həm Azərbaycan şantaj edilir, həm də bəzi ölkələr bunu özlərinin “qırmızı xətti” elan edirdilər. Digər tərəfdən, bəzi dövlətlər isə bu dəhlizin açılmasını yalnız öz nəzarətlərində mümkün hesab edir, bunu strateji üstünlük predmeti kimi görürdülər”.

H. Babaoğlunun fikrincə, lakin Azərbaycan Prezidenti diplomatiyanın imkanlarını yeni bir səviyyəyə qaldırmaqla klassik diplomatiya qaydalarını dəyişdi:

“Prezident göstərdi ki, ən çətin və mürəkkəb regionda belə, ən həssas məsələlərin həlli üçün diplomatik yollar tapmaq mümkündür. Bunun bariz nümunəsi ABŞ-də imzalanmış üçtərəfli bəyanatda Azərbaycanın Zəngəzur vasitəsilə maneəsiz keçid hüququnun tanınması oldu. Beləliklə, Azərbaycan regiona imperialist baxışlarla yanaşan şimal və cənub qonşularının arqumentlərini əlindən alaraq, uzunmüddətli sülhün bərqərar olunmasına nail oldu. Məncə, mövcud geosiyasi şərtlər fonunda bu, həqiqətən də bir möcüzə kimi qiymətləndirilə bilər”.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa