UEFA AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunda keçirilmiş Belçika – Azərbaycan oyununda baş verənlərlə bağlı qərar çıxarıb.
“Report”un əldə etdiyi məlumata görə, Avropa futbol qurumu Belçika Kral Futbol Assosiasiyasına (RBFA) sadəcə xəbərdarlıq etməklə kifayətlənib.
RBFA yarışın əsasnaməsini pozmaqda ittiham olunub.
Qeyd edək ki, qarşılaşma “qırmızı şeytanlar”ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyundan əvvəl meydan sahibləri Azərbaycanın Dövlət Himni ilə bağlı yanlışlığa yol veriblər. Brüsseldə keçirilən matçda ilk olaraq İsveçin himni səsləndirilib. AFFA rəsmilərinin müdaxiləsindən sonra məsələ həll olunub.
www.yenicag.az