Hindistanda dünyaya qız uşağı gətirən ananı əri cəzalandırdı

media-hightechnic-468x90

1_41410527553Hindistanda qadın dünyaya qız uşağı gətirdiyinə görə əri tərəfindən cəzalandırılıb.

25 yaşlı ana 3 il ərzində hamamda dustaq edilib. Bu müddət ərzində kişi həyat yoldaşına dünyaya gətirdiyi qız uşağını görməyi də qadağan edib.

Qadın azad ediləndə 3 il günəş işığı görmədiyinə görə, o, gözlərini aça bilmirdi. Paltarı da köhnəlmiş və cırılmışdı. Ən dəhşətlisi isə budur ki, qadının qızı da ilk dəfə onu görəndə tanımadı.

Polisin araşdırmalarası nəticəsində məlum olub ki, qadın ailə qurduğu ilk gündən – 2010-cu ildən zorakılığa məruz qalıb. Səbəbi isə çox sadədir – qadın ailə quranda gətirdiyi cehiz az olub. Dünyaya gələcək uşağın qız olduğunu biləndə isə kişi özündən çıxıb və həyat yoldaşını hamama həbs edib.

3 il müddətində qadın evdəkilərin yeməyinin qalıqları ilə qidalanıb. Bəzən hətta ona yemək gətirməyi də unudurdular.

Məsələ ilə bağlı qadının valideynləri polisə şikayət edib. Nəticədə qadının həyat yoldaşı polis tərəfindən saxlanılıb. (anspress.com)

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600