Hindistanda hərbi düşərgəyə hücum olub, ölənlər var

media-hightechnic-468x90

Hindistanın Cammu və Kəşmir ştatında silahlılar hərbi düşərgəyə hücum ediblər.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərinə görə, bu barədə NDTV telekanalı məlumat verib.

İnsident Panzqam yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb.

Atışma zamanı 2 silahlı zərərsizləşdirilib. Hərbçilər arasında itkilər barədə məlumat verilmir. Hazırda döyüşün davam etdiyi, şiddətli atışmaların getdiyi bildirilir.

Qeyd edək ki, Kəşmir Hindistanla Pakistan arasında mübahisəli ərazi sayılır. Burada dövlət sərhədi yoxdur, iki ölkənin ordularını bir-birindən nəzarət xətti ayırır.

Xatırladaq ki, ötən ilin sentyabrında Cammu və Kəşmir ştatında silahlıların hərbi düşərgəyə hücumu nəticəsində 17 Hindistan hərbçisi ölmüşdür.

Yeniçağ.Az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa