Hindistanda qatarın relsdən çıxması nəticəsində 32 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Yeniçağ.Az-ın “APA”-ya istinadən verdiyi məlumata görə, hadisə Orissa və Andxra-Pradeş ştatlarının sərhədində baş verib.
Sürətli qatarın lokomotivi və qatardakı 22 vaqondan 8-i relsdən çıxıb. Qəzanın səbəbləri hələ məlum deyil. Ancaq “Hindistan Dəmir Yolları” şirkəti təxribat versiyasını istisna etmir. Çünki hadisə baş verən regionda mao silahlıları fəaliyyət göstərir.
Yeniçağ.Az