Hindistanda sualtı mina sınaqdan keçirildi
Hindistan Hərbi Dəniz Qüvvələri çoxməqsədli sualtı minanı uğurla sınaqdan keçirib.
Yenicag.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.
“Hindistan Hərbi Dəniz Qüvvələri çətin görünən gəmilərə və sualtı qayıqlara qarşı mübarizə aparmaq üçün ölkədə hazırlanan ən müasir sualtı dəniz minasını uğurla sınaqdan keçirib”, – deyə məlumatda bildirilir.
Hindistanın müdafiə naziri Racnath Sinqh minanın Hərbi Dəniz Qüvvələrinin sualtı döyüş imkanlarını daha da artıracağını vurğulayıb.
Qeyd edək ki, Pakistanla Hindistan arasında gərginlik Cammu və Kəşmir bölgəsinin Pahalqam şəhəri yaxınlığında 26 nəfərin ölümü ilə nəticələnən terror hücumundan sonra kəskin artıb. Hücuma görə məsuliyyəti “Ləşkər-e-Taiba” təşkilatı ilə bağlılığı olan “Müqavimət Cəbhəsi” qruplaşması üzərinə götürüb. Dehli hücumda iştirak edən şəxslərin arxasında İslamabadın dayandığını iddia edir.