Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzasında həlak olan Milli Qəhrəman Hökumə Əliyeva üçün ödənilən kompenasiya ötən həftə atasına təqdim olunub. Bir çox hallarda belə vəziyyətlər zamanı həyatını itirmiş şəxsin birbaşa varisi onun həyat yoldaşı sayılır. Lakin Hökumə Əliyeva ailəli olsa da, nəzərdə tutulan kompensasiya onun həyat yoldaşına deyil, atasına verilib.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, istər valideyn, istərsə də həyat yoldaşı mərhumun birinci dərəcəli qohumu sayılır:
SUPER40 endirim kodu – Sən sifariş edənə qədər bəlkə də bu məhsullar tükənəcək!
“Ümumiyyətlə şəhid adının əbədiləşdirilməsi, verilməsi və buna dair məsələlərlə bağlı tənzimləmələr qanunvericiliyə əsasən həyata keçirilir. Burada həmin vəsait vəfat edən yəni şəhid olan şəxsin birinci dərəcəli qohumlarına təqdim olunur. Birinci dərəcəli qohum dedikdə isə, şəhid olan şəxsin valideynləri, həyat yoldaşı və övladları nəzərdə tutulur.
Hüquqşünas qeyd edib ki, şəxsin ailəsi ödəniləcək məbləğin konkret kimə veriləcəyini öncədən razılaşdırılmış ola bilər:
“Ola bilsin ki, vərəsələr arasında razılaşdırılmış məsələ budur ki, ödəniləcək məbləğ birbaşa Hökumə Əliyevanın atasına ödənilsin. Yaxud 1 nəfərin adına rəsmiləşdirib, daha sonra bu məbləği öz aralarında bölüşdürə bilərlər. Amma təbii ki, burada həmin kompensasiya məbləği tərəflərdən birinə ödənilərsə, digər varislər də bununla bağlı müraciət edib həmin kompensasiya məbləğinin ona çatan hissəsini əldə edə bilər”.
www.yenicag.az