Hökumət varlıların “ipini yığır” – Zənginlər daha çox vergi ödəyəcək

media-hightechnic-468x90

Çin varlı vətəndaşların “cəmiyyətdən uzaqlaşmaması” üçün yeni addımlar atacaq.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Çin hökumətinin son iclasında ölkə lideri Si Cinpin “ümumi çiçəklənmə” ideyasının həyata keçiriləcəyini bəyan edib.

Çin mediasının məlumatına əsasən, hökumətin sözügedən iclasında “əhalinin hədsiz gəlirlərinin nizamlanması” və “yüksək gəlirli təbəqənin cəmiyyətə yaxınlaşdırılması”na yönəlik təkliflər irəli sürülüb.

Hökumət bununla zəngin vətəndaşları daha çox vergi ödəməyə məcbur edərək əhalinin gəlirlərindəki kəskin fərqləri azaltmağı planlaşdırır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600