Kiyevi gözləyən "Maduro ssenarisi": Zelenskini kəşfiyyatın qurbanı edəcəklər? – ŞOK İDDİA

media-hightechnic-468x90

“Amerika sanki artıq dünyanın yenidən bölüşdürülməsinin birinci mərhələsini başa çatdırmaq istəyir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

media-images-26

Politoloq ABŞ Prezidenti Donald Trampın Volodimir Zelenski barəsində “sülhə mane olur” bəyanatının Avropa paytaxtlarında yaratdığı dərin narahatlığı şərh edib.

O bildirib ki, xüsusilə Maduro məsələsindən sonra Avropa liderləri Trampın Ukrayna siyasətindən ciddi şəkildə ehtiyatlanırlar:

“Burada əsas narahatlıq Trampın şəxsi mövqeyindən çox, ABŞ-nin Ukraynaya dəstəyini tamamilə dayandıra bilməsi ehtimalıdır. Avropa liderlərini məhz bu risk qorxudur. Böyük güclər dünyanın taleyini yenidən həll edirsə, bəs Avropaya nə qalacaq? Bu suallar artıq açıq şəkildə səsləndirilir”.

S. Hümbətovun sözlərinə görə, mövcud gərginlik Rusiyanın əlini gücləndirə və Zelenskinin hakimiyyətdən kənarlaşdırılmasına yol aça bilər:

“Avropa liderləri Zelenskinin hakimiyyətdə qalmasının tərəfdarıdırlar, çünki o, Avropaya qarşı son dərəcə loyal siyasət yürüdür. Lakin bəzi ehtimallara görə, ABŞ kəşfiyyatının Zelenskini faktiki olaraq siyasi cəhətdən ‘qurban verməsi’ ilə bağlı ciddi narahatlıqlar mövcuddur. Trampın sərt və qeyri-müəyyən mövqeyi Rusiyanın regiondakı təsirini daha da artıra bilər”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa