Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Hökumətdən “Fövqəladə vəziyyət” açıqlaması - Qərar bu gün veriləcək

Türkiyə baş nazirinin müavini Nurettin Canikli ölkənin bir sıra bölgələrində fövqəladə vəziyyətin uzadılması ehtimalından danışıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə sualı cavablandıran baş nazirin müavini Nurettin Canikli belə deyib:

“Bu məsələni Milli Təhlükəsizlik Şurasında müzakirə edəcəyik. Nazirlər Kabineti etiraz etməsə, fövqəladə vəziyyət rejiminin müddəti uzadılacaq”.

Milli Təhlükəsizlik Şurasının (MGK) və Nazirlər Kabinetinin iclası bu gün keçiriləcək. Məlumata görə, toplantı bu gün Türkiyə vaxtı ilə saat 19:30-da Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi altında başlayacaq. 1 saat sonra isə yenə Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

Yeniçağ.Az

www.yenicag.az

270