Millətlər Liqasının qrup mərhələsində mübarizə davam edir.
Yenicag.az xəbər verir ki, bu gün 4 liqanın 5 qrupunda 9 oyun keçirilib.
A Liqasının 1-ci qrupunda autsayder Almaniyanı qəbul edən Hollandiya son 5 dəqiqədə əldə etdiyi bərabərliklə “Dördlər finalı”na çıxmağa nail olub.
B Liqasında iki oyun baş tutub. Çexiya ilə Slovakiya qrup sonuncusunu müəyyən etmək üçün üz-üzə gəliblər. Çexlər sonunculuğu Slovakiyaya təhvil veriblər. Danimarka – İrlandiya qarşılaşmasının nəticəsindən (0:0) asılı olmayaraq isə birincilər A, ikincilər C Liqasına yollanıblar.
C Liqasında eyni xala malik komandalardan Norveç səfərdə, Bolqarıstan evdə son oyununa çıxıb. Brincilər qələbə qazanaraq növbəti mərhələyə çıxıblarsa, ikincilər xal itirərək şansı əldən veriblər.
Millətlər Liqası
VI tur
19 noyabr
A Liqası
1-ci qrup
Almaniya – Hollandiya – 2:2
Qollar: Verner, 9, Sane, 20 – Promes, 85, van Dayk, 90
B Liqası
1-ci qrup
Çexiya – Slovakiya – 1:0
Qol: Şik, 32
C Liqası
3-cü qrup
Bolqarıstan – Sloveniya – 1:1
Qollar: İvanov, 68 – Zayç, 75
Kipr – Norveç – 0:2
Qolllar: Kamara, 36, 48
D Liqası
1-ci qrup
Andorra – Latviya – 0:0
Gürcüstan – Qazaxıstan – 2:1
Qollar: Merebaşvili, 59, Çakvetadze, 85 – Omirtayev, 90
4-cü qrup
Makedoniya – Cəbəllütariq – 4:0
Qollar: Bardi, 27, Nesterovski, 67, 80, Traykovski, 90+2
Lixtenşteyn – Ermənistan – 2:2
Qollar: Buşel, 44, Hasler, 47 – Adamyan, 9, Karapetyan, 85
www.yenicag.az