Hövsanda “Gənclər suverenliyimizin qarantıdır” adlı dəyirmi masa keçirildi

media-hightechnic-468x90

Mayın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Bakı şəhəri,  Hövsan qəsəbəsi “Höccət İbn Həsən” məscidi dini icmasının birgə təşkilatçılığı ilə Hövsan qəsəbə sakini, şərqşünas Elnur Kazımovun şəxsi kitabxanasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Hövsan gəncləri ilə “Gənclər suverenliyimizin qarantıdır” adlı dəyirmi masa təşkil olunmuşdur. 

Ümummili lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan “Höccət İbn Həsən” məscidi dini icmasının sədri hacı Allahverən Məmmədzadə “Konstitusiya və suverenlik ili” ilə bağlı ölkə başçısı cənab İlham Əliyevin məlum sərəncamının əhəmiyyətindən söz açmış, gənclərimizin milli-mənəvi dəyərlərimizə söykənərək vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyini diqqətə çatdırmışdır.

Sonra çıxış edən şərqşünas Elnur Kazımov  təşkilatçıları və qonaqları salamlayaraq belə bir maarifləndirici tədbirin onun təşkil etdiyi şəxsi kitabxanada keçirilməsinə görə təşəkkürünü bildirmiş, gənclərimizin layiqli vətəndaş kimi formalaşmasında mütaliənin, kitab oxumanın zəruriliyini qeyd etmiş və təşkil etdiyi şəxsi kitabxanadakı bölmələr, qədim, nadir, miniatür kitablar barədə yığcam məlumat vermişdir.

Əməkdar artist, tanınmış qiraət ustası  Ağalar Bayramov vətənpərvərlik mövzusunda çıxış edərək bu ruhda bədi nümunələri peşəkarlıqla ifa edərək tədbirə xüsusi rəng qatdı.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı Regional Böməsinin əməkdaşı Aqil Əlisoy ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə diqqət və qayğısından söz açmış, dini və Novruz bayramlarında iştirakından, eləcə də Bibiheybət dini kompleksində aparılan genişmiqyaslı təmir-tikinti işlərindən, Ulu Öndərin layiqli davamçısı, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu istiqamətdə çoxsaylı uğurlu fəaliyyətinin əhəmiyyətindən söz açmışdır. Natiq çıxışı zamanı ölkəmizdə ötən illər ərzində milli-mənəvi dəyərlərimizin, eləcə də dini ibadət yerlərinin əsaslı təmiri, bərpası və yenidən tikintisi, xüsusilə son illər işğaldan azad edilmiş ərazilərimizdə dini ibadət məkanlarına xüsusi qayğıdan, Heydər Əliyev fondunun bu istiqamətdə  ölçüyəgəlməz işlərindən, muğam sənətinə, aşıq sənətinə qayğısından bəhs etmişdir.

Filologiya üzrə fəlsəfə doktoru Vərağa Almaslı çıxışında hər il ölkə başçısı cənab İlham Əliyevin sərəncamları ilə neçə-neçə görkəmli ictimai-siyasi xadimin, şairin, alimin yubiley tədbirlərinin yüksək səviyyədə keçirilməsindən, cari ildə bu qəbildən Seyid Əzim Şirvaninin anadan olmasının 190 illik yubileyi ilə bağlı növbəti sərəncamın əhəmiyyəti barədə əhatəli çıxış etmişdir.

Dəyirmi masada gənclərlə yanaşı, bir neçə kənd ağsaqqalı, qəsəbənin inzibati və mədəni idarə və müəssisələrinin rəhbərləri, nümayəndələri iştirak etmişdir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600