Hövsanda qadın özünü 10-cu mərtəbədən atdı

Suraxanı rayonunda intihar hadisəsi baş verib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsi, Mənzil İnşşatı Dövlət Agentliyinin (MİDA) Hövsan Yaşayış Kompleksindəki 8-ci binada qeydə alınıb.

İlkin məlumata görə, sözügedən binada kirayə qaldığı bildirilən qadın özünü 10-cu mərtəbədən atıb.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Suraxanı Rayon Şöbəsinə təhvil verilib.

Fakt üzrə araşdırma aparılır.