“Huawei” şirkəti tərəfindən Android platforması üçün proqram təminatının yaradılması ilə məşğul olan tərtibatçılara göndərilmiş elektron məktub ortaya çıxıb.
Yenicag.az xəbər verir ki, həmin elektron məktubdakı mətnə əsasən şirkət tərtibatçılara öz tətbiqlərini “AppGallery” adlı onlayn mağazaya yerləşdirməyi təklif edir.
Şirkətin sözlərinə əsasən bu cür əməkdaşlıq tərtibatçılara 350 milyondan çox satılmış cihazlara (yarısı qərb bazarını əhatə edir) və 270 milyon aktiv istifadəçiyə çıxışlarını təmin edəcək. Şirkət öz tərəfindən “AppGallery”də yerləşdiriləcək tətbiqlərin tam dəstəyini söz verir.
Bunun üçün şirkət bildirib ki, “AppGallery” mağazasının tərtibatçılar cəmiyyətindəki iştirakçıların sayı artıq 560.000 nəfərdir. Heç istisna deyil ki, şirkət artıq indidən fərdi əməliyyat sistemi üçün tətbiqlərin bazasını hazırlamağa başlayıb.
Qeyd edək ki, keçən həftə “Google” şirkəti “Huawei” şirkətinin ABŞ bazarına geri qaytarılması yolunda ABŞ hökumətini razı salmağa çalışırdı.
www.yenicag.az