“Huawei Mate X”in satışları yenidən təxirə salınıb.
Yenicag.az “IThome”ə istinadən xəbər verir ki, bu gün “Huawei” şirkəti öz ilk qatlana bilən smartfon modeli olan “Mate X”in satıışlarına start verməli idi. İlkin mərhələdə smartfon məhdud sayda satışa çıxmalı idi. Satışı planlaşdırılan model isə Kirin 980 prosessoru və Balong 5000 5G modemi ilə təchiz olunub və 2400$ qiymət göstəricisinə sahibdir. Lakin şirkət “Mate X”in satışlarını yenidən təxirə salıb.
Smartfonun hansı səbəbə görə təxirə salındığı və onun nə zaman satışa çıxacağı barəsində bir məlumat verilmir.
Qeyd etmək lazımdır ki, qatlana bilən “Mate X” modeli hələ bu ilin əvvəlində MWC 2019 sərgisində təqdim olunmuşdu.
“Galaxy Fold”un bir sıra texniki problemlər yaşamasından sonra şirkət qərara gəldi ki, o da bu problemləri yaşamamaq üçün smartfon üzərində bir qədər müddət əlavə çalışmalıdır.
Buna görə də smartfonun satışları bilinməyən vaxta kimi təxirə salınmışdı.
Lakin “Mate X”dən fərqli olaraq “Galaxy Fold” nəticədə satışa çıxdı.
www.yenicag.az