!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Humanist aktın tətbiqi güclü dövlətin ədalətinə dəlalət edir - Ülvi Quliyev yazır

!Reklam – Yazi

Hər bir sivil dövlətin ədalət səviyyəsi həm də onunla ölçülür ki, cinayəti törətmiş istənilən şəxs, kimliyindən asılı olmayaraq, cəzadan kənarda qalmasın,  günahsız insan isə cinayət təqibi ilə üzləşməsin. İstənilən cəmiyyətin həyatında bu prinsiplərin qorunması vətəndaşın dövlət ədalətinə güvənməsinə xidmət edir.

Dövlətin gücünün, sosial dayanıqlığın təməlində dayanan vacib prinsiplərdən biri də onun humanist siyasəti, cinayət və cəza məsələlərində tətbiq etdiyi humanist aktlarla bağlıdır. Cinayət cəzasız qalmayıbsa, günahsız insan məhkum edilməyibsə və ona qarşı tətbiq edilən ədalətli cəza siyasətindən müvafiq nəticələr çıxarıb sivil topluma vaxtından əvvəl qovuşmağı haqq edibsə,təbii ki, həmin şəxslərlə bağlı əfv və amnistiya qərarları vətəndaşın dövlət ədalətinə olan inamının güclənməsinə xidmət edir.

Ölkəmizin müstəqilliyi dövründə, 2021-ci ilə qədər 64 əfv Sərəncamı imzalanıb, 11 Amnistiya aktı qəbul olunub,minlərlə vətəndaş və onların doğmaları dövlətin humanist siyasətini şəxsi həyatlarında hiss ediblər. Heç şübhəsiz ki,bu cür aktlar dövlətin, onun humanist siyasətinin gücü ilə yanaşı, həm də cəmiyyətdə sağlam dövlət-vətəndaş münasibətlərinin formalaşdığına dəlalət edir. Prezident İlham Əliyevin bu il Novruz bayramı ərəfəsində imzaladığı Əfv Sərəncamını əvvəlkilərdən fərqləndirən odur ki, bu qərar Vətən müharibəsində Zəfər qazanan, qələbə naminə gücünü və siyasi iradəsini qətiyyətlə ortaya qoyan Liderin hakimiyyət-xalq tarixi birliyi, cəmiyyətimizin gələcəyi ilə bağlı baxışını və dövlətimizin humanizm siyasətinə sadiq qaldığını təcəssüm etdirir.

Bu qərar münasibətilə azadlığa, doğmalarına qovuşan hər kəsi səmimi qəlbdən təbrik edir, onların sivil topluma qısa müddətdə adaptasiya olunmalarını arzulayıram. İnanıram ki, bu əfv qərarı cəmiyyətimizdə sağlam və ədalətli münasibətlərin güclənməsinə, humanist əhval-ruhiyyənin daha da artmasına, əfv olunmuş insanların gələcəkdə qanunazidd əməllərdən uzaq durmalarına xidmət edəcək. Ona da əminəm ki,44 günlük Vətən müharibəsində 28 ildən sonra düşmən üzərində möhtəşəm Qələbəyə imza atan Azərbaycan dövləti, onun aidiyyəti qurumları azadlığa qovuşan şəxslərin sivil həyata daha tez uyğunlaşması üçün üzərlərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirəcək. Hər bir humanist aktın tətbiqi dövlətin ədalət səviyyəsinə, vətəndaş cəmiyyətinin yetkinlik dərəcəsinə dəlalət etdiyi üçün,bu vəzifələrin nümunəvi icrası mütləqdir. Güclü və humanist dövlətin vətəndaşı olmaqla, qalib xalqa mənsubiyyətimizlə hər birimiz qürur duymalıyıq,bu hissi qoruyub ona layiqincə dəyər verməyi bacarmalıyıq.

COP29

www.yenicag.az

877
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv