!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hüquq müdafiəçilərindən Ərdoğana MÜRACİƏT: “Krım-tatar fəallarının azadlığa buraxılmasına....”

!Reklam – Yazi

Ukraynanın bir qrup hüquq müdafiəçisi Krım-tatar ictimai-siyasi fəallarının azadlığa buraxılması üçün kampaniyaya başlayıb.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Ukraynanın hüquq-müdafiəçiləri Rusiyanın ilhaq etdiyi Krımda işğal rejiminə qarşı mübarizə apardıqları üçün həbsə atılan Krım-tatar ictimai-siyasi fəalları Nəriman Cəlalov, Asan və Əziz Ahtemov qardaşlarının azadlığa buraxılmalarına dəstək üçün dünya birliyinə müraciət ediblər.

Hüquq müdafiəçiləri müraciətdə əsas diqqəti adları çəkilən aktivistlərin azadlığa çıxmalarına və onların Rusiyaya deportasiya edilmələrinin əngəllənməsinə dəstək verilməsinə yönəldiblər.

Müəlliflər yaydıqları müraciətdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan ciddi kömək gözlədiklərini vurğulayıblar:

“Xüsusilə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana üz tutaraq, ondan həbsdəki Krım-tatar fəallarının Rusiyaya deportasiya olunmasına imkan verməməsini və onların azadlığa çıxmalarına yardım göstərməyini xahiş edirik.

Türkiyə Respublikası Ukraynanın ərazi bütövlüyünü hər zaman qətiyyətlə dəstəkləyib və siyasi əsirlərin, özəlliklə də Krım tatarlarının qanunsuz həbsinə heç vaxt biganə qalmayıb”.

COP29

www.yenicag.az

286
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv