“ABŞ seçkilərində fərqli və iddialı namizədlərin ortaya çıxacağını gözləmək mümkündür”.
Bu sözləri ABŞ-nin fəaliyyətdə olan dövlət başçısı Co Baydenin payızda keçiriləcək prezident seçkilərində iştirak etməyəcəyinə dair yayılan iddiaları dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, ABŞ-da yaranmış mövcud şəraitdə Co Baydenlə yanaşı, onun əsas rəqibi olan Donald Trampın da seçkilərdə iştirak etməmə ehtimalı yüksəkdir:
“Açıq müşahidə edildiyi qədər, Co Baydenin xəstəliyi, tez-tez yıxılması, yaddaşsızlığı göz qabağındadır. Tramp isə köhnə “makler”dir və siyasətçi kimi parlaq karyeraya malik olmayıb.
O baxımdan, inanmıram ki, ABŞ kimi nəhəng dövlət yenidən Trampın timsalında bir “makler”in ixtiyarına verilsin.
Hər halda, ABŞ seçkilərində fərqli və iddialı namizədlərin ortaya çıxacağını gözləmək mümkündür. Fikrimcə, dünyanın da maraqla gözlədiyi seçkilərdə yeni simalar görəcəyik”.
Səxavət Məmməd
www.yenicag.az