İbrahim Kalın Əhməd əş-Şaraa ilə regiondakı son hadisələri müzakirə etdi
Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın Suriyaya səfər edib.
Yenicag.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Məlumata görə, İbrahim Kalın Suriya paytaxtında ölkə Prezidenti Əhməd əş-Şəraa ilə görüşüb.
Görüşdə regiondakı son hadisələr, eləcə də iki ölkə arasında əməkdaşlıq və koordinasiyanın gücləndirilməsi yolları müzakirə edilib.
Qeyd olunur ki, görüşdə həmçinin Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani və Suriya Ümumi Kəşfiyyat İdarəsinə rəhbərlik edən Hüseyn Əl-Səlamə də iştirak edib.













