İbrahimoviç “Mançester Yunayted”ə qayıdır – Mourinyo açıqladı

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo komandanın sabiq futbolçusu Zlatan İbrahimoviçlə bağlı açıqlama verib.

Yenicag.az xəbər verir ki, portuqaliyalı mütəxəssis isveçli forvardın “qırmızı-şeytanlar”a qayıdıb-qayıtmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib.

55 yaşlı çalışdırıcı yayılan xəbərləri yalanlayaraq İbrahimovçin geri qayıtmayacağını bildirib. Mourinyo bunun mümkün olmadığını açıqlayıb.

Qeyd edək ki, hazırda ABŞ-ın “Los Anceles Qalaksi” klubunada çıxış edən 37 yaşlı futbolçu bu ilin əvvəlində “Mançester Yunayted”dən ayrılıb.