Zlatandan daha bir rekord

media-hightechnic-468x90

“Milan”ın futbolçusu Zlatan İbrahimoviç daha bir rekorda imza atıb.

media-banner_tkm

Yenicag.az qol.az-a istinadən xəbər verir ki, isveçli hücumçu A Seriyasında ən tez 150 qələbə həddinə çatan futbolçu olub. Onun rekordu 20-ci turda bu gün “Udineze”yə qalib gəldikləri (3:2) matçda qeydə alınıb.

İbrahimoviç “İnter”in keçmiş futbolçusu Esteban Kambyassonun rekordunu yeniləyib. Argentinalı 230 matçda 150 qələbəyə sevinmişdisə, Zlatan 222-ci oyunda buna nail olub.

Qeyd edək ki, 38 yaşlı forvard “Milan”a qayıdışından sonra 3 oyuna 1 qol vurub. O, 2010-2012-ci illərdə də “qırmızı-qaralar”da çıxış edib.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05