ICESCO yaxın aylarda Azərbaycana yeni missiya göndərəcək

media-hightechnic-468x90

ICESCO yaxın aylarda Azərbaycanın azad edilən ərazilərinə yeni missiya göndərəcək.

Bu barədə “Report”a Azərbaycanın Mərakeşdəki fövqəladə və səlahiyyətli səfiri, ICESCO yanında daimi nümayəndəsi Nazim Səmədov məlumat verib.

Diplomat xatırladıb ki, ICESCO azad olunmuş ərazilərdə Azərbaycanın mədəni irsinin vəziyyətinin öyrənilməsi ilə bağlı beynəlxalq ekspertlərdən ibarət ilk missiyanı 2022-ci ildə göndərib:
“Müharibə vaxtında azad olunmuş ərazilərdə yerləşən mədəni irsimizlə bağlı ekspertlərin hazırladıqları hesabat hazırda beynəlxalq məhkəmələr tərəfindən öyrənilir və ona istinadlar edilir. 2023-cü ilin sentyabrda keçirilmiş antiterror tədbirlərdən sonra ICESCO tərəfindən ikinci missiyanın bölgəyə göndərilməsi ilə bağlı müraciət olunub və yaxın aylarda beynəlxalq ekspertlərdən ibarət ikinci missiya bu bölgəyə səfər edəcək”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600