İçki içib Fəvvarələr Meydanında söyüş söyən şəxs həbs edildi

media-hightechnic-468x90

Səbail rayonu, Fəvvarələr Meydanında söyüş söyən şəxs həbs edilib.

Yenicag.az-ın “Qaynarinfo”ya istinadən məlumatına görə, hadisə nəticəsində 1977-ci il təvəllüdlü Lerik rayon sakini H.M. saxlanılıb. O, avqustun 2-də, saat 11:45 radələrində Səbail rayonu, Fəvvarələr Meydanında nalayiq ifadələr işlədərək ictimai qaydanı pozub.

H.M. içkinin təsiri altında olduğunu və özündən aslı olmayaraq, söyüş söydüyünü bildirib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 10 gün müddətinə həbs edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600