!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İcra başçısı həyat yoldaşına yarım milyonluq maşın aldı - FOTO

!Reklam – Yazi

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev icra başçılarını tənqid edərkən maraqlı faktlar açıqlayıb.

Yenicag.az AFN-ə istinadən xəbər verir ki, o, qanunsuz dövlət büdcəsini talamaq hallarının hələ də davam etdiyini vurğulayaraq, söhbət əsnasında hazırda vəzifədə olan bir neçə icra başçısının adını çəkib:

“Məsələn, yeni təyinat alan gənc icra başçılarını götürək. Xaçmazın yeni icra başçısı əvvəlki başçıya rəhmət oxudur. Qubanın icra başçısı rayonda at oynadır, hər vəzifəyə bir qiymət qoyub. Yoxsa, nə oldu, Qubaya təyin olunandan 3-4 ay keçmədi ki, arvadına 500 min manatlıq avtomobil aldı? Bir şəhidin qəbrini ziyarət, bir qaziyə yardım etmir. Heç bir şəhid ailəsini qəbul edib, onları dinləmir. Görünən odur ki, hazırda ölkədə kadr çatışmazlığı var”.

Qeyd edək ki, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev 2017-ci ildən bu vəzifədədir. Onun adı bir neçə dəfə qalmaqalda hallanıb.

www.yenicag.az

1824
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv