İcra Hakimiyyəti təkzib etdi

media-hightechnic-468x90

100882529Saytınızda “Ağcabədi abadlığından mənimsənilən yüz minlər…” başlıqlı yazıyla bağlı bildiririk ki, yazılanlar şər və böhtan olmaqla qərəzlidir.

Belə ki, hazırda rayon Subartezian Quyuları İstismarı idarəsinin həyətində tamet sexi fəaliyyət göstərmir.
Rayonda abadlıq və quruculuq işləri zamanı sizin saytınızda gedən yazıda göstərilir ki, daş hasarın hər kvadrat metri 11 manata, suvağın hər kavadrat metri 6 manata sənədləşdirilmişdir. Bu rəqəmlər böhtancının xülyasıdır. Rayonda hörülən daş hasarın hər kavadrat metri 4,7 manata, suvağın hər kvadrat metri 2,5 manata sənədləşmiş və haqqı ödənilmişdir.

Tametlərin Ağcabədidə istehsal olunan sexlərdən alınma səbəbi ondan ibarətdir ki, vaxtilə respublikanın digər şəhərlərindən alınan tametlərin bir hissəsi keyfiyyətsizlik ucbatından tez sıradan çıxmışdır.

Odur ki, rayonda fəaliyyət göstərən bir neçə tamet sexinin məhsullarına Memarlıq və Tikinti şöbəsinin mütəxəssisləri tərəfindən baxış keçirilib, keyfiyyətcə yüksək məhsullardan istifadə olunur.
Ağcabədi rayon İcra Hakimiyyəti
Memarlıq və Tikinti şöbəsi Elvin Piriyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600