!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İdlib düyünü” necə açılacaq?: “ABŞ-ın etirazlarının heç bir əhəmiyyəti yoxdur” – Politoloq

!Reklam – Yazi

“Suriyada Türkiyə və İran üçün təhlükə yaradan bir neçə amilin aradan qalxması bu ölkənin ərazi bütövlüyünün bərpasından keçir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Rusiya hərbi aviasiyasının Suriyanın İdlib bölgəsini bombalamasından sonra regionda proseslərin mümkün inkişafını dəyərləndirən politoloq Zərdüşt Əlizadə deyib.

Zərdüşt Əlizadə hesab edir ki, Rusiya aviasiyasının İdlibə hücumu Türkiyə və İranla razılaşdırılmış aksiya olub:
“Hazırda Suriya ərazisinin böyük hissəsi Bəşər Əsədə sadiq olan hökumət qüvvələrinin nəzarəti altındadır. Müxalifətin nəzarətində olan İdlib bölgəsinin hökumət qüvvələrinin nəzarətinə keçməsi üçün əməliyyatlara hazırlıq görülməsi təəccüblü deyil. Rusiya artıq İdlibə hava zərbələri endirib, Əsədin qüvvələri isə quru əməliyyatlarına başlamağa hazırdır.

İdlibin Rusiya, Türkiyə və İran prezidentlərinin görüşünə cəmi bir neçə gün qalmış bombalanmasında da qeyri-adi heç nə yoxdur. Hesab edirəm ki, Rusiyanın hava hücumu tərəfdaşlarla əvvəlcədən razılaşdırılmış, yaxud da onların bu barədə məlumatlandırıldığı əməliyyatdır.

Əlbəttə ki, ABŞ-ın bu hücuma münasibəti mənfidir. Vaşinqtonun çağırışlarına baxmayaraq, Rusiyanın İdlibə hava zərbələri endirməsi Amerikanı çox narazı salıb. Amma fikrimcə, bu etirazların artıq heç bir əhəmiyyəti yoxdur. Dünyanın bütün nöqtələrində hadisələr yalnız ABŞ-ın iradəsinə uyğun inkişaf edə bilməz ki…

Rusiyanın bu addımının Türkiyə və İran tərəfindən narazılıqla qarşılanacağı da düşünülmür. Çünki Suriyada Türkiyə və İran üçün təhlükə yaradan bir neçə amilin – PKK terroru, İsrailin bölgədəki iddiaları və sair – aradan qalxması bu ölkənin ərazi bütövlüyünün bərpasından keçir. Ona görə də, Ankara və Tehran sözügedən məsələdə təmkinli davranırlar.

Yəni Suriyanın ərazi bütövlüyünün bərpası bu ölkələrin marağına uyğundr. Əsəd hakimiyyətdən getdikdən sonra Suriyada yeni idarəçilik necə formalaşacaq, bunu da konstruktiv yollarla həll etmək mümkündür”.

Qeyd edək ki, bu gün Rusiyanən hərbi aviasiyası 21 günlük fasilədən sonra Suriya müxalifətinin nəzarətində olan İdlib bölgəsinə növbəti hava zərbələri endirib. Məlumata görə, 4 milyon əhalinin yaşadığı bu bölgənin taleyi Rusiya, Türkiyə və İran prezidentlərinin sentyabrın 7-nə təyin edilmiş görüşündə həll olunacaq.

A.Zeynalov

COP29

www.yenicag.az

1301
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv