!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İdmançıların qanunsuz mərc oyunlarını reklam etmələri yanlışdır” - Deputat

!Reklam – Yazi

“Son zamanlar internet üzərindən müxtəlif mərc oyunlarının reklamlarının şahidi oluruq. Onların bir çoxu müvafiq ölkələrin qanunları ilə ziddiyyət təşkil edir. Belə oyunlar Azərbaycanda da qanunsuz sayılır. Təəssüf ki, Azərbyacanın bir çox tanınmış idmançıları tərəfindən də “Mosbet” kimi qanunsuz mərc oyunlarının reklam olunması faktları var. Ən yüngül şəkildə desək, əlbəttə ki, bu, doğru deyil”.

Yenicag.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Vüqar İskəndərov deyib.

Deputat xatırladıb ki, Azərbaycanda mərc oyunları ilə bağlı qanuni fəaliyyət göstərən şirkətlər mövcuddur.

V.İsgəndərov qeyd edib ki, gənc və yeniyetmə idmançıların kumiri sayılan, tanınmış, nümunə kimi baxılan idmançıların qeyri-qanuni mərc oyunlarını reklam etmələri yanlışdır: “Əvvəla, bu, qanunsuz sayılır, yolverilməzdir. Tanınmış idmançılar qadağan olunmuş mərc oyunlarını reklam etməməlidirlər. Qanunun icazə verdiyi reklamla maliyyə qazana bilərlər. Bu mənada onların seçimləri sərbəstdir. Ən əsası, qanunun tələblərini hər birimiz nəzərə almalıyıq”.

www.yenicag.az

280
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv