İdmançımız ermənini nokauta saldı

media-hightechnic-468x90

rambalski_nokautGürcüstanın paytaxtı Tiflisdə peşəkar kikboksinqin K-1 versiyasi üzrə Dünya Kuboku uğrunda döyüşlər keçirilib. Yenicag.az apa-ya istinadən xəbər verir ki, Azərbaycan millisi yarışa 3 idmançı ilə qatılıb.

Ölkəmizi Dünya Kubokunda Nicat Nəcəfzadə (45 kq), Nicat Vəliyev (75 kq) və Xəyal Əhmədov (86 kq) təmsil edib. Kikboksçularımızın hər üçü döyüşlərini qələbəylə başa vurub.

Yarışda Əhmədovun qələbəsi isə xüsusi qeyd olunmalıdı. Erməni idmançı Qoçaryanla qarşılaşan Xəyal rəqibini bütün komponentlərdə üstələyərək parlaq qələbə qazanıb. Erməni kikboksçu Əhmədovun zərbələri önündə 2-ci raundun ortalarına qədər davam gətirə bilib. Rəqibini nokauta salan həmyerlimiz Dünya Kubokuna sahib çıxmaqla, azarkeşlərinə özünəməxsus Novruz bayramı hədiyyəsi edib.

(apa.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600