III Ümumrespublika Teatr Festivalı başlayır
Oktyabrın 1-dən Gənclərin III Ümumrespublika Teatr Festivalına start veriləcək.
Festivalın keçirilməsinin əsas məqsədi gənclərdə teatra olan marağı artırmaq, istedadlı gəncləri teatra cəlb etməkdir. Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəklədiyi festivalın ideya müəllifi millət vəkili Jalə Əliyevadır. Festival çərçivəsində iştirakçılar möhtəşəm ART – kampında iştirak edəcək, ölkənin ən tanınmış incəsənət və mədəniyyət xadimlərindən ustad dərsləri alacaqlar.
Ssenari seçimi və rejissor, aktyor heyətinin formalaşdırılması üçün iştirak blankı əldə etmək istəyənlər [email protected] elektron ünvanına müraciət edə və ya (070) 3993639, (012) 4304367 telefonları ilə əlaqə saxlaya bilərlər. Qeydiyyat oktyabrın 1-dən başlayaraq bir ay davam edəcək.
Yerlər məhduddur! Yalnız 12 komanda (tərkibində maksimum 10 iştirakçı ola bilər) iştirak üçün təsdiq ediləcək. I yerin qalibinə 3000 manat, II yerin qalibinə 2000 manat, III yerin qalibinə isə 1000 manat pul mükafatı veriləcək.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi Gənclərin Ümumrespublika Teatr Festivalı 2 il ərzində 250-ə yaxın istedadlı, yaradıcı gənc qoşulub.