İki fəhlə dəm qazından boğularaq ölüb

media-hightechnic-468x90

e15b80b0c3acfe6ff7380894445bd864Bakı şəhərində dəm qazı daha iki nəfərin həyatına son qoyub.

Paytaxtın Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb. Rayon ərazisində kirayədə yaşayanlar – 1990-cı il təvəllüdlü Nizami Bəhram oğlu Əliyev və 1991-ci il təvəllüdlü Əliyev Bayram Qurban oğlunun yaşadıqları evdə meyitləri tapılıb. İlkin ehtimala əsasən hər iki şəxs dəm qazından boğularaq ölüb.

Polisdən bildirilib ki, adları çəkilən şəxslər əmiuşaqlarıdır və Bakıda fəhləliklə məşğul olurmuşlar.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600