İki gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

media-hightechnic-468x90

Biləsuvarda iki gəncə bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

media-banner_tkm

Yenicag.az bildirir ki, hadisə zamanı 23 yaşlı Kənan Rəhimli və 20 yaşlı Tərlan Şahbazov bıçaqlanıblar.

Əməli törətməkdə şübhəli bilinən 24 yaşlı Səyyad Qəmbəri polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır./APA/

***
Biləsuvarda iki gənc bıçaqlanıb, birinin vəziyyəti ağırdır.

Yenicag.az APA-nın cənub bürosunun verdiyi məlumata istinadən bildirir ki, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Biləsuvar şəhər sakinləri – 2003-cü il təvəllüdlü Kənan Ramil oğlu Rəhimli və 2006-cı il təvəllüdlü Tərlan Niyaməddin oğlu Şahbazov bıçaqlanıblar.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Boğaz nahiyəsindən ağır bıçaq xəsarəti alan K.Rəhimli dərhal reanimasiya şöbəsinə yerləşdirilərək əməliyyata götürülüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır. Faktla bağlı araşdırma aparılır.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05