İki marketdə süni qiymət artımının qarşısı alınıb

media-hightechnic-468x90

produkt_market_230215İqtisadiyyat və Sənaye Nazirliyi istehlak bazarında monitorinqləri davam etdirir.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, İ. İsmayılov küçəsi, 28 ünvanında yerləşən “Fərid” müstəqil şirkətinə məxsus “Premiummart” marketdə və Binəqədi rayonu, S.S. Axundov küçəsi, 85A ünvanında Sevinc Məhərrəmovaya məxsus “Unimart” marketdə aparılan yoxlama zamanı nəzarət kassa aparatının yaddaşındakı qiymətlərlə malların yarlığında göstərilən qiymətlər arasında fərq yaradılmaqla, istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

Əsassız qiymət artımına yol verən şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa