İki tələbə müəmmalı şəkildə qaçırıldı

media-hightechnic-468x90

5U2G4P5S3D-20077Hakkari Universitetinin ingilis dili və ədəbiyyatı fakültəsinin I kurs tələbələri İdris Doğan (20 yaş) və Zəfər Əkmənin (20 yaş) 15 gün əvvəl PKK tərəfindən qaçırıldığı üzə çıxıb.

Yenicag.az xəbər verir ki, qaçırılmadan əvvəl universitetdə oxuyan PKK tərəfdarı tələbələrlə mübahisə etdikləri bildirilən bu iki tələbənin dindar olduqlarına görə daha əvvəldə PKK tərəftarı tələbələr tərəfindən təhdid edildiyi ortaya çıxıb. Universitetdə ilin sonu ilə əlaqədar keçirilən tədbirdə iştirak edən bu iki tələbə sözgedən tələbələr tərəfindən qaçırılaraq PKK terrorçularına təhvil verilib. Polis bildirib ki, hadisə haqda cinayət işi açılıb və araşdırmalar aparılır. Qaçırılan tələbələrin ailələri övladlarının taleyindən narahat olduqlarını bildiriblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600