İkibaşlı tısbağa balası tapıldı – FOTO

ABŞ-nin Karolina ştatında yerləşən “Edisto Beach” parkında ikibaşlı tısbağa balası tapılıb.

Yenicag.az “CNN İNternational”a istinadən xəbər verir ki, park könüllüləri yeni yumurtadan çıxmış tısbağaları yoxlamaq məqsədilə yuvalara baxarkən ikibaşlı tısbağa balasını görüblər.

Bildirilir ki, nadir hadisə olsa da, bu günədək ikibaşlı dəniz tısbağalarına dünyanın müxtəlif yerlərində rast gəlinib, lakin Karolina üçün bu, ilkdir.

Könüllülər tısbağa balasının şəklini çəkdikdən sonra onu okean sularına buraxıblar.

Tısbağa balasının ikibaşlı olması genetik mutasiya ilə əlaqələndirilir.