"Hobbit"lərin yox olmasının SƏBƏBİ TAPILDI: Bizi gözləyən təhlükə - ARAŞDIRMA

media-hightechnic-468x90

Arxeoloqlar İndoneziyanın Flores adasında yaşamış ibtidai insanların iqlim dəyişikliyi səbəbindən yox olduqlarına dair güclü sübutlar tapıblar.

Yenicag.az xəbər verir ki, bu barədə araşdırmanın nəticələri “Communications Earth & Environment” jurnalında yayımlanıb.

Qısa boylarına görə “hobbitlər” adlandırılan “homo floresiensis” ilk dəfə 2003-cü ildə Floresdəki Lianq Bua mağarasında aparılan qazıntılar zamanı kəşf edilmişdi.media-1361357-2002892423

Kiçik beyinli və təxminən 1 metr boyu olan bu kiçik cüssəli növ, ehtimal ki, 50 min il əvvələ qədər adada yaşamış, lakin daha sonra müəmmalı şəkildə yoxa çıxmışdı.

Əvvəlki araşdırmalarda bu növün yox olmasının müasir insanların Cənub-şərqi Asiya və Avstraliyaya köçü ilə eyni dövrə təsadüf etdiyi irəli sürülmüşdü.

Beynəlxalq arxeoloq qrupu isə bu nəzəriyyəyə meydan oxuyan mühüm sübutlar ortaya qoyaraq “hobbit”lərin adada baş vermiş şiddətli quraqlıq nəticəsində məhv olduğunu müəyyənləşdirib.

Tədqiqat göstərir ki, “hobbit”lər təxminən 140 min il boyunca yaşadıqları Lianq Bua mağarasını min illərlə davam edən meqaquraqlıq dövründə tərk ediblər.

Alimlər mağarada “dikit” adlanan mineral əmələgəlmələri və “hobbit”lərin ovladığı kiçik fil növünə aid diş fosillərini analiz ediblər. Analizlər təxminən 76 min il əvvəl başlayan quraqlıq meylinin 61–55 min il əvvəl şiddətli quraqlığa səbəb olduğunu üzə çıxarıb.

Bu dövrün “hobbit”lərin yoxa çıxması ilə üst-üstə düşdüyü qeyd olunur.

Araşdırma nəticəsində uzun sürən quraqlıq və resurslar uğrunda rəqabətin “hobbit”lərin Lianq Bua mağarasını tərk etməsinə və nəhayət, soylarının kəsilməsinə gətirib çıxardığı qənaətinə gəlinib.

Araşdırmanın baş müəllifi Mayk Qaqan deyir: “Homo floresiensis” növünün yox olduğu dövrdə Lianq Bua ətrafındakı ekosistem kəskin şəkildə quruyub”.

Kuinslənd Universitetinin fəxri professoru Dr. Qaqan əlavə edir:

“Yay yağışlarının azalması və çay yataqlarının mövsümi quruması həm “hobbit”lər, həm də onların ovları üzərində təzyiq yaradıb. Kiçik fil dişlərinin analizi göstərir ki, növ quraqlığın təsiri artdıqca adadakı azalan çay sularından daha çox asılı hala gəlib.
Nəticədə təxminən 61 min il əvvəl fil populyasiyasının kəskin azalması “hobbit”lər üçün həyati qida mənbəyinin yoxa çıxması demək idi”.

Araşdırmanın digər müəllifi Qert van den Berq bildirib ki, azalan su və qida uğrunda rəqabət “hobbit”ləri Lianq Bua mağarasını tərk etməyə məcbur etmiş ola bilər.

“Yerüstü şirin sular, “steqodon” və “homo floresiensis” növlərinin hamısı eyni vaxtda azalır və bu, ekoloji stressin birləşmiş təsirlərini göstərir”, – Berq isə əlavə edib.

Tapıntılar ətraf mühit şərtlərinin növlərin sağ qalma gedişatını necə yönləndirə biləcəyini vurğulayır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa