Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib

Reklam: High Technic

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Vladimir Kuvşinovu qəbul edib.

Yenicag.az xəbər verir ki, dövlət başçısı sabah Bakıda keçiriləcək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılmasının 10 illiyi ilə bağlı tədbirin və Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibinin bu tədbirdə iştirakının önəmini qeyd edib. Prezident İlham Əliyev Azərbaycan ilə Beynəlxalq Mülki Müdafiə Təşkilatı arasında uğurlu əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.

Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Vladimir Kuvşinov sabah Bakıda keçiriləcək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılmasının 10 illiyi ilə əlaqədar tədbirdə iştirakından məmnunluğunu ifadə edərək, eyni zamanda, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə rəhbərlik etdiyi qurum arasında imzalanacaq informasiya mübadiləsi reqlamentinin əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Vladimir Kuvşinov bildirib ki, Azərbaycan Beynəlxalq Mülki Müdafiə Təşkilatının fəal üzvlərindən biridir və ölkəmiz bu təşkilatın strateji inkişafla bağlı fəaliyyətinə öz töhfəsini verir.

Söhbət zamanı Azərbaycanda mülki müdafiə sahəsində həyata keçirilən işlərdən danışılıb, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

www.yenicag.az

2321
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100