!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev Çeyz Keri ilə görüşdü - FOTO

!Reklam – Yazi

12:41

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Formula-1 Qrupunun baş icraçı direktoru Çeyz Kerini qəbul edib.

Yenicag.az-ın xəbərinə görə, Formula 1 Qrupunun baş icraçı direktoru Çeyz Keri Azərbaycana növbəti səfərindən məmnunluğunu ifadə edərək bildirib ki, Formula 1 çərçivəsində ötən il keçirilən 21 yarışın təhlili nəticəsində Bakıda keçirilən bu yarış ən yaxşı yarış hesab edilib.

Dövlət başçısı Bakıda keçirilən Formula 1 yarışına yüksək qiymətin verilməsindən məmnunluğunu ifadə edib. Ölkəmizə gələn turistlərin sayının ildən-ilə sürətlə artdığını deyən Prezident İlham Əliyev ötən il xarici turistlərin Azərbaycanda iki milyard dollardan çox vəsait xərclədiklərini qeyd edib və bildirib ki, yarım milyarda yaxın tamaşaçı auditoriyasına malik olan Formula 1-in Bakıda keçirilməsi ölkəmizə turist axınının təmin olunması işinə böyük töhfə verir. Dövlət başçısı qeyd edib ki, bütün bunlar, öz növbəsində, Azərbaycanda turizm sənayesinə cəlb olunmuş kiçik və orta sahibkarlığın inkişafı üçün geniş imkanlar yaradır, eyni zamanda, dünyada daha çox insan Azərbaycan haqqında məlumat alır. Beləliklə, ölkəmizdə Formula 1 yarışlarının keçirilməsi həm Azərbaycanın dünyada təqdimatı, həm də eyni zamanda, iqtisadi mənfəət baxımından böyük əhəmiyyət daşıyır.

Çeyz Keri dövlət başçısının fikirləri ilə tam şərik olduğunu vurğulayaraq qeyd edib ki, bu yarışı izləmək üçün Bakıya gələn insanlar paytaxtımızda gördüklərini yüksək qiymətləndirir və Bakını çox sevdiklərini bildirirlər. Çeyz Keri bildirib ki, Formula 1 yarışının Azərbaycanda keçirilməsi ölkəyə potensial turistlərin cəlb olunması ilə yanaşı, eyni zamanda, Bakının dünyada daha çox tanınması işinə də öz töhfəsini verir.

Görüşdə Bakıda təşkil edilən “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı 3-cü beynəlxalq konfransın əhəmiyyətinə toxunulub, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

www.yenicag.az

2487
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv