!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev Con Kerri ilə görüşdü – Önəmli mesajlar var – VİDEO

!Reklam – Yazi

Безымянный-4-450x250IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün ABŞ-da səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev  martın 30-da ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşüb.  Azərbaycan Prezidenti İlham Əliyevlə başqa yerlərdə bir neçə dəfə görüşmə imkanlarının olduğunu qeyd edən ABŞ-ın dövlət katibi Con Kerri prezident İlham Əliyevi Vaşinqtonda salamlamağa şad olduğunu bildirib. “Bizim Azərbaycanla bir çox ortaq maraqlarımız var. Biz Azərbaycana Əfqanıstanda sülhün qorunmasında verdiyi dəstəyə görə minnətdarıq”-deyən Con Kerri Azərbaycanın çox mürəkkəb regionda yerləşdiyini diqqətə çatdırıb.  “Məlumdur ki, Azərbaycan hazırda mürəkkəb regionda yerləşir. Biz Azərbaycanın həyata keçirdiyi “Cənub Qaz Dəhlizinə” dəstəyimizi bildirmişik. Bu Avropanın uzunmüddətli strateji maraqları baxımından, o cümlədən enerji resurslarının diversifikasiyası baxımından  çox böyük addımdır”-ABŞ-ın dövlət katibi bildirib.

Con Kerri görüşdə terrorizmə qarşı mübarizə və Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həlli məsələsini də müzakirə etdiklərini bildirib: “Hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə ehtiyac var”.

Azərbaycan Prezidenti İlham Əliyev, ilk növbədə ABŞ prezidenti Barak Obamaya Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün etdiyi dəvətə görə təşəkkür edib: “Bu dostluq və tərəfdaşlıq əlamətidir. Mən bizim qarşılıqlı əlaqələrimizi yüksək qiymətləndirirəm. ABŞ Azərbaycan münasibətlərinin uzun, 25 illik tarixi var. Bu münasibətlər həmişə yaxın, səmimi olub və strateji tərəfdaşlıq səviyyəsindədir. Bizim inkişaf edən iqtisadi əməkdaşlığımız mövcuddur, ABŞ şirkətləri bizim iqtisadiyyatımıza təxminən 10 milyard dollar sərmayə qoyub. Bu uğurlu iqtisadi əməkdaşlığın və  ölkəmizin  iqtisadi inkişafının göstəricisidir. Biz birgə vacib layihələri, Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən neft layihələrini ilk dəfə ABŞ-ın ciddi dəstəyi ilə icra etmişik, bu gün isə “Cənub Qaz Dəhlizi”nin üzərində işləyirik. Bu enerji təhlükəsizliyi, diversifikasiyası və bütün iştirakçıların – istehsalçı, tranzit və istehlakçıların uzun müddətli xeyrinə olan layihədir. ABŞ hökumətinə bu layihənin icrasında güclü dəstəyinə görə təşəkkür edirik”.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələsinə toxunan prezident İlham Əliyev bildirib ki,  münaqişə Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz geri çəkilməsini tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində həll edilməlidir: “Ermənistanla Azərbaycan arasında münaqişə, post-sovet ərazisindəki münaqişələr, eləcə də bütün dünyadakı münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Biz həmçinin regionda təhlükəsizlik istiqamətində də yaxın tərəfdaşıq. Azərbaycan Əfqanıstandakı əməliyyatlara logistik dəstək göstərir. Hava və quru nəqliyyatı, eləcə də bizim təxminən 100 hərbi qulluqçumuz NATO qoşunları ilə Əfqanıstanda çiyin-çiyinə xidmət göstərir. Bizim münasibətlərimizin gündəliyi genişdir. Bu gün görüşümüz bu məsələləri, eləcə də regional problemləri əhatə edəcək. Əminəm ki, bu görüş bizim dostluq münasibətlərimizin inkişafında mühüm rol oynayacaq”. /azerbaycan24.com

https://youtu.be/EtD97m8Dkq4

www.yenicag.az

694
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv