İlham Əliyev həmkarına başsağlığı verdi

media-hightechnic-468x90

1384764809I.AliyevAzərbaycan prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseynə başsağlığı verib.

Dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab prezident, Peşəvar şəhərində hərbi məktəbə silahlı hücum nəticəsində əksəriyyəti uşaq olmaqla çoxsaylı insan tələfatı xəbəri bizi olduqca sarsıtdı. Bu qanlı hadisə terrorizmin dəhşətli bəla olduğunu, onun bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasının zəruriliyini bir daha təsdiq edir. Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600