!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"İlham Əliyev informasiya müharibəsinin döyüşçüsü kimi də tarix yazdı" - Hacıbəy Heydərli

!Reklam – Yazi

“Prezident İlham Əliyev jurnalistlərin dostu, onlara hər zaman dəstək olan və qayğı göstərən siyasi liderdir”.

Yenicag.az xəbər verir ki, Blbu sözləri Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib.

O bildirib ki, İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 20 il ərzində hər sahədə olduğu kimi media sahəsində də ciddi nəaliyyətlər əldə edilib:

“Azərbaycan jurnalistləri istər Birinci Qarabağ müharibəsində, istər Vətən Müharibəsi günlərində, istərsə də ondan sonra Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, hadisələrin obyektiv və ədalətli işıqlandırlmasına çox böyük töhfə veriblər. Bu xüsusda jurnalistlərə yol xəritəsi cızan, əsl informasiya müharibəsi döyüşçüsü kimi də tarix yazan Prezident İlham Əliyevi qeyd etmək mütləqdir.

Prezident İlham Əliyevin Vətən müharibəsi günlərində dünyanın nüfuzlu media orqanlarına verdiyi müsahibələr, televiziya ilə çıxışları jurnalistlər üçün yol xəritəsinə çevrildi. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi günlərində həm də informasiya müharibəsini necə aparmaq lazımdır mövzusunda dünyaya dərs keçdi. Bu müsahibələr, açıqlamalar, çıxışlar əsl ustad dərsi kimi tarixə həkk olundu.

Hacıbəy Heydərli deyib ki, jurnalistlər Prezidentin qayğısını, diqqətini və dəstəyini hər zaman hiss edir:

Prezidentin jurnalistikaya diqqəti, peşənin nüfuzunun yüksəldilməsinə həssas yanaşmağı, onun ölkəmizin həqiqətlərinin təbliği istiqamətindəki rolu haqda çıxışları hər bir jurnalist tərəfindən çox böyük məmnunluq hissi ilə qarşılanır. Son illər media sahəsində şəffaflığın yaranması, kənar təsirlərin azalması da birbaşa dövlətimizin jurnalistlərə qayğısının bariz nümunəsidir”.

COP29

www.yenicag.az

482
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv