İlham Əliyev İordaniyaya yeni səfir təyin etdi

Prezident İlham Əliyev Azərbaycanın İordaniya Haşimilər Krallığında səfirinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncamla Rasim Şəmsəddin oğlu Rzayev Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.