İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Əmir Hatəminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.