İlham Əliyev krala məktub ünvanladı

media-hightechnic-468x90

Prezident İlham Əliyev Bəhreynin Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu göndərib.

Yenicag.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Məktubda deyilir:

“Əlahəzrət,

Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

Əminəm ki, Azərbaycan-Bəhreyn dostluq əlaqələrini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızı genişləndirmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Bəhreyn xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

media-ziraat-728x90

İlham Əliyev Krala məktub ünvanladı

media-hightechnic-468x90

50524Azərbaycan prezidenti İlham Əliyev İspaniya Krallığının milli bayramı münasibətilə Kral VI Felipeni təbrik edib.

Məlumata görə məktubda deyilir:

“Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

“Ümidvaram ki, ölkələrimiz arasında əlaqələrin, qarşılıqlı maraq doğuran əməkdaşlığın daha da inkişafı və genişlənməsi xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İspaniya xalqına daim sülh və firavanlıq arzulayıram”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600