İlham Əliyev Litvanın yeni təyin olunmuş səfirini qəbul edib

media-hightechnic-468x90

ilham_aliyev_180713Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 9-da Litva Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskasın etimadnaməsini qəbul edib.

Səfir Valdas Lastauskas fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Valdas Lastauskas etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Görüşdə Azərbaycan ilə Litva arasında ikitərəfli münasibətlərin inkişafından razılıq ifadə olundu, əlaqələrimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd edildi.

Söhbət zamanı əlaqələrimizin ikitərəfli və çoxtərəfli formatda genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi, ölkələrimiz arasında əməkdaşlığın siyasi, iqtisadi, beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı və NATO çərçivəsində daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. (trend.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600