!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev Mingəçevir Elektrik Stansiyasının önəmindən danışdı: "İkinci Qarabağ müharibəsi zamanı...”

!Reklam – Yazi

“Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanı bir daha bəlli oldu”.

Yenicag.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük istilik elektrik stansiyasının təməlqoyma mərasimində söyləyib.

Dövlətimizin başçısı deyib ki, o vaxt döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini, o cümlədən Mingəçevir Elektrik Stansiyasını da uzaqmənzilli raketlərlə atəşə tutmuşdu:

“Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi. Yəni döyüş meydanında məğlub olan Ermənistan məhz Azərbaycanın elektrik potensialının əsas mərkəzini sıradan çıxarmaq istəyirdi. Ancaq buna nail ola bilmədi”.

www.yenicag.az

250
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv