İlham Əliyev naziri qəbul edib
Prezident İlham Əliyev Nikaraquanın xarici işlər naziri Samuel Santos Lopezi qəbul edib.
Xarici işlər naziri Samuel Santos Lopezin Azərbaycana səfərinin Nikaraquadan ölkəmizə ilk yüksək səviyyəli rəsmi səfər olmasının önəmini vurğulayan dövlətimizin başçısı gələcəkdə bu cür səfərlərin intensivləşəcəyinə əminliyini ifadə edib. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələsinə toxunan İlham Əliyev Azərbaycan ilə Nikaraqua arasında siyasi, iqtisadi, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu deyib.
Samuel Santos Lopez ölkəmizə ilk rəsmi səfərindən məmnunluğunu bildirib. Nazir Azərbaycanda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi.