İlham Əliyev Putinə zəng etdi

media-hightechnic-468x90

112587_res_01Oktyabrın 7-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə zəng edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı Vladimir Putinə ad günü münasibətilə təbriklərini çatdırıb, ona ali dövləti fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Rusiya prezidenti göstərilən diqqətə və təbrikə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə dinamik şəkildə uğurla inkişaf etdiyi məmnunluqla qeyd edib, strateji tərəfdaşlıq səviyyəsində əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə ediblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600