!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident Qlobal Bakı Forumu iştirakçılarının şərəfinə ziyafət verdi – Foto

!Reklam – Yazi

5766Martın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından IV Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.

AzNews.az xəbər verir ki, Prezident İlham Əliyevin, xanımı Mehriban Əliyevanın və qızı Leyla Əliyevanın iştirak etdikləri ziyafətdə Bolqarıstanın, Albaniyanın, Makedoniyanın, Monteneqronun, Gürcüstanın, Bosniya və Herseqovinanın prezidentləri, bir sıra ölkələrin sabiq dövlət və hökumət başçıları, dünya siyasətində əhəmiyyətli rol oynamış ictimai-siyasi xadimlər, ekspertlər və mütəxəssislər iştirak ediblər.

Ziyafətdə çıxış edən Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa Prezident İlham Əliyevə dünyanı narahat edən aktual məsələlərin müzakirəsinə yüksək səviyyədə şərait yaratdığına və beynəlxalq dialoqa güclü dəstək verdiyinə görə minnətdarlığını bildirdi. O, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə dəstək verdiyini diqqətə çatdırdı. Vayra Vike-Freyberqa artıq dördüncü dəfədir keçirilən Forumun əhəmiyyətindən danışdı və onun davamlı olacağına ümidvar olduğunu bildirdi.

Prezident İlham Əliyev ölkəmizin ünvanına deyilən xoş sözlərə görə təşəkkürünü çatdırdı, Vayra Vike-Freyberqanın hakimiyyəti illərində özünün Latviyaya, onun isə Azərbaycana səfərlərini xatırladı. Artıq dördüncü dəfədir keçirilən Qlobal Forumda bir çox ölkələrin nümayəndələrinin, görkəmli şəxsiyyətlərin, fəaliyyətdə olan və sabiq ölkə rəhbərlərinin, beynəlxalq münasibətlərdə mühüm rol oynayan və oynamağa davam edən insanların iştirak etdiyini deyən dövlətimizin başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin hazırda qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli ilə məşğul olan dünyanın ən hörmətli beynəlxalq təşkilatlarından birinə çevrildiyini vurğuladı. “Mərkəzin Azərbaycanın dahi oğlu Nizami Gəncəvinin adını daşıması bizi fərəhləndirir. Hər bir azərbaycanlı onunla qürur hissi duyur”, – deyən Prezident İlham Əliyev bu Mərkəzin Nizaminin fikirlərini dünyanın müxtəlif yerlərində olan insanlara çatdırmaq baxımından mühüm funksiyanı yerinə yetirdiyini bildirdi. Forum çərçivəsində aparılan müzakirələrin səmərəli olduğunu deyən dövlətimizin başçısı dünyada mövcud olan təhdidlərin yalnız birgə səylərlə aradan qaldırılmasının mümkünlüyündən danışdı.

www.yenicag.az

600
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv