İlham Əliyev sabah and içəcək

media-hightechnic-468x90

Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində qalib gələn İlham Əliyev sabah and içəcək.

Yenicag.az “Unikal”a istinadən xəbər verir ki, andiçmə mərasimi Milli Məclisdə keçiriləcək.

Azərbaycan Prezidentinin seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə məhkəmə bu gün olub. Konstitusiya məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı və İlham Əliyevin Prezident seçilməsini rəsmən elan edib.

And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600