İlham Əliyev sərəncam imzaladı

media-hightechnic-468x90

ilham-aliyev_serencam83Prezident İlham Əliyev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilkir:

Azərbaycanın elektrik şəbəkələrində aparılan islahatların 10 illiyi ilə əlaqədar, elektroenergetika sahəsində səmərəli fəaliyyətinə görə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin aşağıdakı işçiləri “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Abbasov Etibar Bilal oğlu

Abdullayev Oruc Abdulla oğlu

Allahverdiyev Fikrət Nəsir oğlu

Beydullayev Əhməd Ələkbər oğlu

Cəfərova Sevinc Ramiz qızı

Qurbanov Ramiz Balakoviç

Mehdiyev Mirzə Əli oğlu

Nuriyev Umaxan Əhmədağa oğlu

Razakova Zemfira Sergeyevna

Sərdarov Oktay Məhəmmədəli oğlu.

Prezidentin digər sərəncamı ilə Azərbaycanda elektroenergetikanın inkişafında xidmətlərinə görə Fuad Ağakərim oğlu Məmmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ayrılıb, Balababa Hüseynağa oğlu Rzayevə isə “Əməkdar mühəndis” fəxri adı verilib.

media-ziraat-728x90

İlham Əliyev sərəncam imzaladı

media-hightechnic-468x90

ilham_aliyev_imza_251114Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Yenicag.az xəbər verir ki, 1997-ci ildə doğulan və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olan, habelə 1980-1996-cı illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Silahlı Qüvvələrində və Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməyib, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2015-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılıblar.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan qanununun müvafiq maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2015-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600